
Rusiya müxalifətinin rəhbər simalarından olan Aleksey Navalnı Nobel Sülh mükafatına irəli sürülüb.
mobilmedia.az xəbər verir ki, yaxınlarda Tomsk-Moskva reysində zəhərlənərək Almaniyaya aparılan siyasətçinin Nobel mükafatına namizədliyini aparıcı ABŞ universitetlərinin alimləri irəli sürüb.
Onun bütün dünyada ideallar uğrunda verdiyi mübarizəyə görə, mükafata irəli sürüldüyü bildirilib. (Modern.az)




