
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” və Norveç “Mölde”si arasında keçiriləcək oyunla bağlı qərarını açıqlayıb.
mobilmedia.az xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərinə təyin olunub.
Oktyabrın 16-da “AEK Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, püşkün nəticəsinə əsasən “Qarabağ” – “Mölde” oyunu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Amma Norveç klubu Azərbaycan paytaxtından dönüşdə 10 günlük karantinə alınacağı üçün UEFA qarşılaşmanın neytral meydanda oynanılmasına qərar verib.




