
Çin ona məxsus ABŞ dövlət borcunun həcmini cari 1 trilyon dollardan 800 milyard dollara qədər ixtisar edə bilər. Çinin «Global Times» nəşrinin xəbər verdiyi kimi, Çin məmurları bunun səbəbi olaraq, ABŞ büdcəsində defisitin sıçayışla artmasını dilə gətirirlər. Bu defisit ABŞ-da defolt riskini artırmış olur. Bundan başqa, nəzərə almaq lazımdır ki, Donald Tramp administrasiyası Pekinlə qaşıdurmanı davam etdirir.
mobilmedia.az xəbər verir ki, son illər ABŞ dövlət borcunu saxlayan ikinci ən böyük dövlət olan Çin həmin borcu müntəzəm olaraq satır. Cari ilin ilk 6 ayında satış həcmi 106 milyard dollara yaxın olub. İyunun sonuna olan vəziyyətə, Çinin əlində olan ABŞ dövlət borcu 3,4 faiz azalıb. «Çin bu qiymətli kağızları tədricən satacaq və öz balansıda onun həcmini ekstremal situasiyalar halında, o cümlədən, açıq münaqişə vəziyyətində ABŞ-ın bütün borcunu sata bilər» – deyə, Şanxay maliyyə və iqtisadiyyat universitetinin professoru Si Yunyanq müsahibəsində bəyan edib.
Bundan əvəl ABŞ Konqresinin büdcə üzrə İdarəsi xəbər verib ki, 2020-ci ildə ABŞ-ın ödənilməmiş dövlət borcu ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) 98,0 faizinə yüksələcək. Bu, İkinci Dünya Müharibəsindən sonra rekord göstərici olacaq.
«ABŞ heç vaxt dövlət borcu üzrə defolt elan etməyib və çətin ki, yaxın vaxtlarda bunu etsin, ancaq belə vəziyyətin uzunmüddətli riskləri artır. Keçmişlərdə defoltun olmaması gələcəkdə defoltun olmayacağına zəmanət vermir, dövlət borcunun sürətli artımı və iqtisadi perspektivlərin pisləşməsi isə ABŞ-da yalnız riskləri artırır» – «Everbright Bank»-n nümayəndəsi Ju Maoçua belə hesab edir.
Onun fikrincə, ABŞ-ın siyasəti aktivlərin gəlirliliyini azalda bilər və ABŞ dövlət borcunun qiymətli kağızlarını investorlar, o cümlədən, Çin üçün az cəlbedici hala gətirə bilər.
Bu proqnozlar digər dövlətlər üçün də ciddi bir siqnal sayıla bilər.(AzPolitika.info)




