“Barselona”nın yeni formasını Messi təqdim etdi

32

İspaniyanın “Barselona” klubu yeni formasını təqdim edib.

mobilmedia.az xəbər verir ki, klub üçüncü – alternativ formanı ulduz futbolçusu Lionel Messi ilə təqdim edib.

Qeyd edək ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna – 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət öncə Britaniya mətbuatı Lionel Messinin İngiltərənin “Mançester Siti” klubu ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin