
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
mobilmedia.az xəbər verir ki, təbrik mətni nazirliyin rəsmi “Twitter” səhifəsində yayılıb.
“Bu gün Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq və Braziliya xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, – təbrikdə qeyd olunub.





