Masallıda 32 yaşlı kişi bıçaqlanaraq öldürülüb

31

Masallı rayonunda Masallı sakini tanışı tərəfindən bıçaqlanıb.

Masallı rayon prokurorluğundan mobilmedia.az-a daxil olan məlumata görə, sentyabrın 7-də saat 01 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülüb. Pokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin ehtimala görə, zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlı ilə şəxsi münasibətlər zəminində aralarında yaranıb, mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirib.

Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin