Çin Tacikistanda hərbi baza yaratmağa hazırlaşır – Pentaqon

29

Tacikistan Çinin yeni hərbi bazalar yaratmağı düşündüyü 12 ölkədən biridir. Bu ölkədə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) artıq ən azı bir məxfi avanpostu var. Bu barədə «Eurasianet» nəşri yazıb.

Pentaqonun sentyabrın 1-nə tarixlənmiş və Konqresə ünvanlanmış hesabatında iddia edilir ki, Çin Xalq Respublikası (ÇXR) «öz sərhədləri xaricində daha inkişaf etmiş baza və logistika infrastrukturu yaratmağa can atır ki, bu da Çin ordusuna imkan verəcək ki, böyük məsafədən öz gücünü proyeksiya etsin və dəstəkləyə bilsin».

Tacikistan böyük ehtimalla, Çin XAO-nun variant kimi baxdığı 12 ölkə sırasında yer alıb. İndiki halda ÇXAO rəsmi olaraq, ölkə sərhədləri xaricində yalnız bircə ölkədə – Cibutidə hərbi bazaya malikdir. Hesabatda qeyd edilir ki, ötən il Tacikistan Çin silahlı qüvvələri ilə birgə hərbi təlimlər keçirib. «Son illər Tacikistana Çinin köməyinin həcmi sürətlə artıb. Məsələn, Pekin bu ölkənin Əfqanıstanla sərhədi boyunca onlarla gözətçi məntəqəsinin təmirini vəd edib. Eyni vaxtda, Düşənbə getdikcə Çinin asılılığına daha çox düşür: bu ölkənin ÇXR qarşısında 1,2 milyard dollar (Tacikistanın dövlət borcunun 40 faizi) borc öhdəliyi var» – deyə, nəşr şərh edir.

Tacikistan Pentaqonun 173 səhifəlik hesabatının bir neçə bölməsində xatırladılır. Ehtiyat edilir ki, Çinin texnologiya şirkətləri şəxslərin identifikasiyası üzrə texnologiyaların köməyi ilə Tacikistan əhalisinə yönəlik məlumatlar toplayırlar – bu zaman Çinin Sintszyan əyalətində müsəlman uyğurlara qarşı istifadə olanan avadanlıqları tətbiq edirlər və inteqrasiya olunmuş düşərgələr şəbəkəsi yaradırlar.

Ümumilikdə isə hesabatda Mərkəzi Asiyaya yalnız bir neçə səhifə həsr olunub. Diqqət daha çox Çinin artan hərbi potensialına yönəldilib. Pentaqonun gözləntilərinə görə, gələn onillik ərzində Çin özünün nüvə potensialını iki dəfə artıracaq.(AzPolitika.info)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin