Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib

28

Sabirabad rayonunda qətl hadisəsi olub.

mobilmedia.az xəbər verir ki, hadisə rayonun Qəzli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu arvadı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızına bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin