
Almaniyanın “Die Welt” qəzeti Avropa Birliyinin Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq etməyəcəyini yazıb.
mobilmedia.az avropa.info-ya istinadən xəbər verir ki, “Die Welt”in məqaləsinə görə, Almaniya hakimiyyəti sanksiyalara qarşı çıxıb. Fransa və İtaliya isə onu dəstəkləyib. Tərəflər sanksiyalar tətbiq etməməklə dialoq kanallarını açıq tutmağa çalışdıqlarını qeyd ediblər.
Qeyd edək ki, Polşa və Baltikyanı ölkələr daxil xeyli sayda AB ölkəsi Lukaşenkonun adının sanksiya siyahısına salınmasını istəyirdi.





