
Azərbaycanda parlament partiyalarının sayı artıb.
mobilmedia.az-ın report.az-a istinadən xəbərinə görə, indiyədək parlamentdə 9 siyasi partiya təmsil olunurdu.
Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev “Report”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya sentyabrın 1-də dövlət qeydiyyatına alındığı üçün rəsmən parlament partiyası sayılacaq.
Bundan başqa, həmin gün (1 sentyabr 2020-ci il) ReAl Partiyası da dövlət qeydiyyatına alınıb. ReAl-ın üzvü Erkin Qədirli Milli Məclisdə təmsil olunduğundan bu partiya da rəsmən parlament partiyası sayılacaq (E.Qədirli bu barədə açıqlama verib).
Bununla da parlament partiyalarının sayı 9-dan 11-ə çatıb.
İndiyədək parlamentdə təmsil olunan partiyalar bunlar idi:
Yeni Azərbaycan Partiyası (YAP),
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ,
Böyük Quruluş Partiyası (BQP),
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP),
Ana Vətən Partiyası (AVP),
Vəhdət Partiyası,
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP),
Vətəndaş Birliyi Partiyası (VBP)
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP).




