
Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun keçmiş arvadı Makkenzi Skottun sərvəti 68 milyard dollara çatıb.
mobilmedia.az oxu.az-a istinadən xəbər verir ki, bununla da o, dünyanın ən zəngin qadını olub.
Skott siyahıda “L’Oreal” kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Mayersi qabaqlayır. Mayersin sərvəti 66,8 milyard dollar qiymətləndirilir.
İyul ayında Skott böyük pərakəndə ticarət şəbəkəsinin qurucusu Elis Ualtonun qızını üstələyərək ABŞ-ın 63,6 dollar sərvətə malik ən zəngin qadını olaraq tanınıb.
Dünyanın ən varlı adamlarının ümumi sıralamasında Bezosun keçmiş həyat yoldaşı 12-ci yerdədir.
O, keçən ilin iyul ayında boşanma nəticəsində dünyanın ən böyük onlayn satış şəbəkəsi olan “Amazon”dan 4 faiz pay alıb. Rəsmi boşanma zamanı səhmlər təxminən 38,3 milyard dollar təşkil edib. Lakin pandemiya dövründə şirkətin səhmlərinin dəyəri kəskin şəkildə artıb.
Qeyd edək ki, Bezosun sərvəti hal-hazırda 207 milyard dollardır. O, bu cür statistikanın aparıldığı müddət ərzində sərvəti 200 milyard dolları keçən ilk şəxs oldu.



