Hacıqabulda yol qəzası: sərnişin ölüb

29

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı “KamAz”la toqquşan “Ford” markalı avtomobildə olan sərnişin dünyasını dəyişib.

mobilmedia.az-ın məlumatına görə, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin