Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb

34

Millətlər Liqasının 2020/21 mövsümünün ilk turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun hakimləri müəyyənləşib.

mobilmedia.az-ın apasport.az-a istinadən məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmaya İngiltərədən olan hakimlər briqadasın təyin edib.

Görüşün baş hakimi Kris Kavanaq olacaq. Ona həmyerliləri Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin