
“Rusiya Belarusdakı prezident seçkilərinin legitimliyini, Lukaşenkonu isə onun qalibi olaraq tanıyır”.
mobilmedia.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib.
“Biz hesab edirik ki, seçkilər baş tutub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Belarusdakı seçkilərə gəlməməsi təşkilatın mövqeyinin öncədən hazır olduğuna dair əsas yaradır”, deyə Putin əlavə edib.
Xatırladaq ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə kütləvi etirazlar başlayıb. MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1% -ni qazanaraq altıncı dəfə prezident seçilib.
Müxalifət namizədi Svetlana Tixanovskaya isə seçkilərdə özünün qalib gəldiyini iddia edir.(virtualaz.org)




