Xərçəngin ən yaxşı profilaktikası – Qızardılmış pomidor

35

Pomidor likopinlə zəngindir. Bu maddə güclü xərçəng əleyhinə təsirə malikdir. Həmçinin likopin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

mobilmedia.az xəbər verir ki, pomidorda olan likopinin miqdarı termik emaldan sonra xeyli artır. Eyni zamanda yağlarla birlikdə yedikdə likopin orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Bütün bunları nəzərə alaraq mütəxəssislər pomidoru yağda bir qədər qızardıb yeməyi tövsiyə edirlər.

Ən faydalı göyərtilərdən biri olan ispanaq da termik emaldan sonra daha faydalı olur,  onun tərkibində olan kalsium, maqnezium və dəmir daha yaxşı mənimsənilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin