Fərdi yaşayış və bağ evləri bahalaşıb

37

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, iyul ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 4.5 faiz bahalaşıb

BAKI, 27 avqust – Sputnik. Ötən ay ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiymətində artım olub.

mobilmedia.az-ın xəbərinə görə, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov iyul ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 4.5 faiz bahalaşıb.

Onun sözlərinə görə, bahalaşma daha çox orta və ucuz qiymətə olan bağ evlərində qeydə alınıb. Bahalı evlərdə isə 0.71 faiz azalma müşahidə olunub.

Ekspert vurğulayıb ki, artım əsasən mövsümi xarakter daşıyır.(trend)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin