“Qışa qədər COVID-19-dan ölüm faizi artacaq” – ÜST

35

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan ölüm riski barədə proqnoz dərc edib.

mobilmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin rəhbəri Hans Klüge açıqlama verib.

O, payıza keçidlə bağlı 3 detalı fərqləndirib.

“Birincisi – məktəblər açılır. İkinci fenomen – mövsümi qriplə bağlıdır. Üçüncüsü – qışda yaşlı əhali arasında müşaiyət olunan yüksək ölüm faizi var”-deyə Klüge açıqlama verib.

Bununla belə, o, virusla bağlı yaranacaq epidemiloji vəziyyətin mart-aprel aylarındakı kimi acınacaqlı olmayacağını deyib. (Modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin