“Barselona”nın yeni transferində koronavirus aşkarlandı

26

İspaniyanın “Barselona” klubunun yeni transferi Miralem Pyaniç koronavirusa yoluxub.

mobilmedia.az-ın məlumatına görə, Bosniya və Herseqovina millisinin futbolçusunun testi müsbət nəticə verib. 30 yaşlı yarımmüdafiəçi özünütəcrid rejiminə keçirilib. O, Barselonaya 15 gündən sonra yollanacaq.

Qeyd edək ki, Miralem Pyaniç ötən mövsüm İtaliya A Seriyasında “Yuventus”un heyətində 29 oyuna 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. (Report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin