Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bilindi

30

UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.

mobilmedia.az-ın məlumatına görə, İtaliya “İnter”i ilə final oyunundan sonra İspaniya “Sevilya”sının oyuçuları Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde bu mükafata iddialıdır.

La Liqa təmsilçisinin Milan klubunu 3:2 hesabı ilə məğlub etdiyi final oyununda niderlandlı hücumçu 2 qol vurub. Baneqa və Navas hərəyə 1 məhsuldar ötürmə ilə yadda qalıblar. Kunde isə 92 faiz dəqiq ötürmə edib.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, “Sevilya” tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin