Əmircanda yol qəzası: 1 ölü, 1 yaralı

34

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

mobilmedia.az  xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Abdullayev Namiq Əvəz oğlunun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Range Rover” bir neçə dövrə vuraraq səkinin üzərinə aşıb. Bu zaman səkidə olan 2002-ci il təvəllüdlü Şükürov Emin Ramiz oğlunu vurub.

E.Şükürov hadisə yerində ölüb. “Range Rover”in sürücüsü N.Abdullayev ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin