Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı

29

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start veriləcək.
mobilmedia.az xəbər verir ki, bununla da ölkə çempionatındakı 165 günlük fasilə başa çatacaq. Yeni mövsümdən çempionat matçlarında koronavirus pandemiyasına görə bəzi məhdudiyyətlər olacaq.

 

I turun oyunları üç günü əhatə edəcək. İlk gündə iki qarşılaşma keçiriləcək. Premyer Liqanın ilk oyunu Sumqayıtda gerçəkləşəcək. Azərbaycanı Avropa Liqasında təmsil edən “Sumqayıt” və “Keşlə” komandaları “Kapital Bank Arena”da üz-üzə gələcək.
Komandalar indiyədək çempionatda 31 dəfə qarşılaşıblar. Bunlardan 15-də qonaqlar, 7-də isə meydan sahibləri 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var – 48:31. “Keşlə” Premyer Liqada son üç qarşılaşmada rəqibinə uduzmayıb. Sumqayıtın eyniadlı təmsilçisi isə üç ev görüşündən xalsız ayrılmayıb.
Günün digər qarşılaşması paytaxtda keçiriləcək. 2019/20 mövsümünün gümüş mükafatçısı “Neftçi” “Səbail”i qəbul edəcək. Komandalar bu vaxta qədər çempionatda 11 dəfə üz-üzə gəliblər. 6-da flaqman, 2-də isə qonaq komanda meydanı 3 xalla tərk edib. Topların fərqində də “Neftçi”nin aşkar üstünlüyü var – 21:8. Komandalar arasındakı son iki Premyer Liqa oyununda heç-heçə qeydə alınıb. Meydan sahibləri öz meydanındakı bütün matçlarda rəqibinə qol vura bilib.
Qeyd edək ki, sabah “Qarabağ” – “Sabah”, avqustun 23-də “Qəbələ” – “Zirə” oyunları keçiriləcək.
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, I tur
21 avqust
18.30 Sumqayıt – Keşlə 0:0
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 21. Miyuşko Boyoviç, 42. Aleksandr Kristovao, 22. Şahrux Qadoyev, 48. Dmitro Klots, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 11. Silvio Rodriges, 23. Artur Batista, 99. Rafael Məhərrəmli, 88. Seymur Əsədov, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Hakim-inspektor: İmanxan Sultani.
“Kapital Bank Arena”.
20.30 Neftçi – Səbail
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
“Bakcell Arena”.(fanat.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin