“Alibaba”nın xalis mənfəəti 2,2 dəfə artıb

24

2020-2021-ci maliyyə ilinin I rübündə Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 47,591 milyard yuan (6,736 milyard ABŞ dolları) təşkil edib.

mobilmedia.az xəbər verir ki, hesabat dövründə şirkətin ümumi gəlirləri 34% artaraq 153,7 milyard yuanı (21,762 milyard dollar) keçib.

Xatırladaq ki, “Alibaba Group” Çinin ən iri internet şirkətidir və elektron kommersiya sahəsində faliyyət göstərir. Cek Ma tərəfindən 1999-cu ildə təsis edilib. Qrupa Alibaba Pictures, Alibaba.com, AliExpress.com kimi törəmə şirkət və internet-platformalar məxsusdur.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin