Müharibə əlilləri və digər imtiyazlı şəxslərə daha 250 avtomobil veriləcək

30

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən avtomobillərdən 150-si artıq təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək.

Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6 900 avtomobil verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin