Kamran Əliyev üç yeni hərbi prokuror təyin etdi

30

Qarabağ hərbi prokuroru vəzifəsinə təyinat olub.

mobilmedia.az-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Surxay Hüseynov təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı “Report”a təsdiqləyiblər.

Bundan başqa, Baş prokurorun müvafiq əmrləri ilə Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-məmmədov isə Zaqatala hərbi prokuroru təyin ediliblər.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin