Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat: İcra başçısı, müavini və şöbə müdiri saxlanılıb

32

Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra  başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar.

mobilmedia.az xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.(report)

***

14:11

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

saat 13:05

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin