Türkiyə “Azərbaycan modeli”ni Liviyada tətbiq edəcək

28

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövcud sisteminin qurulması üçün gördüyü fəaliyyətlərin bənzərini Liviya ordusu üçün edəcək.

mobilmedia.az xəbər verir ki, bu barədə “Star” nəşri məlumat yayıb.

“Azərbaycanla 1993-cü ildə “Hərbi təlim haqqında əməkdaşlıq sazişi” imzalanıb. Artıq 1994-cü ildən Azərbaycan Ordusunun mövcud sistemi üçün çalışmalar və hərbiçilərin hazırlanmasına başlanılıb. Bu təlimlərin bir qismi Azərbaycanda, bir qismi isə Türkiyədə keçirilib. Azərbaycan pilotlarına da Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən təlimlər keçirilir.

İndi də Azərbaycan Ordusu üçün qurulan sistemin Liviyada tətbiq edilməsi gözlənilir”, – məlumatda bildirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin