
“Aprelin 20-dən sonra həftədə 300-400 vətəndaşı qəbul və müayinə etmək imkanı var. Ona görə də xaricdə olan azərbaycanlıların təxliyəsi üçün çarter reyslərinin bərpası məsələsi gündəmdədir”.
mobilmedia.az report.az-a istinadən xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, ən çox Rusiyadan gələn vətəndaşların olması gözlənilir: “Aprelin 17-də “Evə gedirəm” portalı yaradılacaq və Rusiyadan gəlmək istəyənlər qeydiyyatdan keçəcəklər”.




