Litva parlamenti Belarusdakı seçki ilə bağlı qərar qəbul etdi

33

Litva parlamenti növbədənkənar iclasında Belarusda keçirilən prezident seçkilərini tanımayan qətnamə qəbul edib.

mobilmedia.az xəbər verir ki, 120 deputat bu qətnamənin lehinə səs verib, 2 nəfər bitərəf qalıb.

Məlumata görə, qətnamənin əleyhinə səs verən millət vəkili olmayıb.

Qətnamədə deputatlar Belarusda demokratik prosedura uyğun olaraq yeni seçkilərin keçirilməsini tələb edir, hətta deputatların bu məsələdə vasitəçi olmağa belə hazır olduğu vurğulanıb.

Qətnamədə həmçinin seçki saxtakarlığında və insan haqlarını pozmaqda əli olan bir sıra Belarus məmurlarına qarşı sanksiya tətbiqinə çağırış edilib. Onların Aİ-yə girişi qadağan edilməsi və hesablarının dondurulması təklif olunub/Report.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin