
Payız mövsümündə resperator xəstəliklərin fəallığı artır. İnsanlar isə soyuqladıqlarını zənn edib, ev şəraitində müalicə üsulları axtarırlar. Bunlar hər kəsin qrip dediyi əslində isə yuxarı tənəffüs yollarının başqa viruslar tərəfindən törədilən infeksiyalarıdır.
mobilmedia.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar virus mənşəli xəstəliklər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, belə hallarda antibiotik təsir göstərmir:
“Çünki antibiotiklər yalnız bakteriyalara təsir edir. Soyuqdəymə əlamətləri burun axması, burun tıxanıqlığı, asqırma, öskürək, halsızlıq, çox yüksək olmayan qızdırma, baş ağrısı, udqunma zamanı ağrıdır.




