Daha bir Avropa çempionatı ləğv edildi

31

2020-ci ildə Rumıniyada keçirilməsi planlaşdırılan kayak və kanoe üzrə Avropa çempionatı baş tutmayacaq.

“Report” Avropa Kanoe Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış koronavirus pandemiyasına görə ləğv edilib.

Bundan əlavə, parakanoe üzrə Avropa çempionatı da gerçəkləşməyəcək. Qərar pandemiyanın səbəb olduğu məhdudiyyətlər səbəbindən qəbul olunub.

Qeyd edək ki, Avropa çempionatı 15 – 18 oktyabrda olmalı idi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin