“Vəziyyət onun xeyrinə olmaya bilər” – Rusiya

29

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov yerli müxalifət nümayəndələri ilə qarşıdurmada Belarus Prezidenti Aleksandr Lukaşenkonun məğlub ola biləcəyini iddia edib.

mobilmedia.az teleqraf.com-a istinadən xəbər verir ki, deputat nümayişlərin davam etdiyi Belarusda media sahəsində ciddi problemlərin yarandığını bildirib.

“İnformasiya sahəsi itər-itməz siyasi meydanın itkisi qaçılmaz olacaq”, – Puşkov söyləyib.

Onun fikrincə, bugünkü dünya siyasətində əsas döyüşlər informasiya sahəsində gedir.

Aleksey Puşkov qeyd edib ki, davam edən etirazlar fonunda Belarusun dövlət mediası həssas mövzulara toxunmamağa çalışır:

O, yüksək keyfiyyətli siyasətin keyfiyyətsiz məlumatlarla mümkün olmadığını vurğulayıb.

Ötən həftədən Belarusda Prezident Aleksandr Lukaşenko əleyhinə başlayan kütləvi nümayişlər davam edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin