Zaqatalada yol qəzası: 1 yaralı

29

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az report.az-a istinadən xəbər verir ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1967-ci il təvəllüdlü Mirzəyeva Tərlan Əsgər qızı bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qabırğaların yerdəyişən sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin