COVID-19 vaksini ən tez zamanda Azərbaycana gətirilə bilər – Şöbə müdiri

44

Yumşalmalara getdiyimiz zaman rəqəmlərdə qismən artım olacağını gözləyirik.

mobilmedia.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Qaydalara riayət etsək, bu tendensiyanı əldə saxlaya bilərik. Bu gün ölkə üzrə 14 faiz çarpayı fondunda doluluq müşahidə olunur. Rəqəmlərdə artma müşahidə olunsa da, çalışmalıyıq ki, bu, nəzarət olunacaq səviyyədə olsun”, – deyə o bildirib.

O əlavə edib ki, iki həftədir ki, ölkədə İtaliyadan və Çindən gələn işçi qrupları fəaliyyət göstərir:

“Biz onlarla rayonlara səfər edib, xəstəxanlardakı vəziyyəti müzakirə etmişik. Eyni zamanda onların iştirakı ilə onlayn təlimlər təşkil olunur ki, regionlardakı xəstəxanalarımızda işləyən həkimlər də burada iştirak edir”.

Yaqut Qarayeva bildirib ki, digər xəstəliklər üzrə də peyvənd olunma müzakirə edilir:

“Hazırda payız dövründə qrip xəstəliyinə qarşı peyvəndin aparılması üzrə iş gedir. Eyni zamanda isə koronavirusa qarşı peyvəndin əldə olunması istiqamətində danışıqlara başlanılıb. Ən tez zamanda peyvəndin Azərbaycana gətirilməsi üzərində işlər aparılır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin