“Zülfiyyə Xanbabayeva deyir ki, Aygün, Röyanı çağır, sonra efirinə gəlim”

27

Aparıcı Elgiz Əkbər Xalq artistlərinin verilişlərə qatılmamasından şikayətlənib.

mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, o, “5/5” verilişində qonaq olarkən açıqlaması ilə diqqət çəkib. Elgiz bunları söyləyib:

“Zülfiyyə Xanbabayeva zəng vururam ki, sizi verilişə dəvət edirəm. Məsəl üçün deyirəm, amma hadisə belədir. Zülfiyyə xanım dostumdur deyə, ərk edib adını çəkirəm. Qayıdır ki, Aygün Kazımova gəlib? Deyirəm, yox. Soruşur Röya gəlib? Deyirəm yox. Sonra qayıdır ki, Abbas Bağırov gəlib? “Yox” deyəndə, cavab verir ki, onda onları çağır, sonra mən gələrəm. Hazırda məsələ belədir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin