
ABŞ Prezidenti Donald Tramp öz müşavirləri ilə Müdafiə naziri Mark Esperin istefası ehtimalını müzakirə edib.
mobilmedia.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçısı Pentaqon rəhbərinin istefaya göndərilməsi qərarını prezident seçkilərinin nəticələri bəlli olana qədər qəbul etməyəcək, lakin müşavirləri ilə birlikdə yenidən seçiləcəyi halda Müdafiə nazirinin dəyişdirilməsi məsələsi nəzərdən keçirilib.
Xatırladaq ki, daha əvvəl Esper Konfederasiya bayrağının hərbi obyektlərdə istifadəsinə qoyulan qadağanı təsdiqləyib, Tramp isə amerikalıların bu bayraqdan istifadə etmək hüququnda israr edib.
Bəzi ekspertlərin fikrincə, onların arasında gərginlik məhz Konfederasiya bayrağı məsələsindən sonra yaranıb.(virtualaz.org)





