“Qaya” “Hollywood”un ən çox qazanan aktyoru seçildi

37

Dueyn Conson ötən il olduğu kimi, bu il də “Hollywood”un ən çox qazanan aktyoru olub.

mobilmedia.az xəbər verir ki, 2020-ci ilin iyun ayına olan nəticələrə əsasən 87.5 milyon dollar qazanan Dueyn Consonu siyahıda Rayan Reynolds (71.5 milyon dollar) və Mark Uolberq (58 milyon dollar) izləyib.

“Qaya” ləqəbli Dueyn Conson hələ izləyicilərin qarşısına çıxmayan “Netflix” filmi “Red Notice”dən 23.5 milyon dollar qazanıb.

Qeyd edək ki, D.Conson ötən il də “Hollywood”un ən çox qazanan aktyoru olmuşdu.(haber global)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin