Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

25

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq.

mobilmedia.az-ın məlumatına görə, mərasim AFFA-nın inzibati binasında baş tutacaq. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin