Avropa Liqasında daha 2 yarımfinalçı müəyyənləşəcək

30

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək. 
 
mobilmedia.az xəbər verir ki, hər iki görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Almaniyanın Duysburq şəhərindəki “MSV Arena”da İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə qarşılaşacaq.
Gelzenkirxendəki “AufŞalke Arena”da isə Ukrayna “Şaxtyor”u İsveçrə “Bazel”i üz-üzə gələcək.
Qeyd edək ki, bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda görüşəcək.
Xatırladaq ki, ilk oyun günündə “İnter” Almaniya “Bayer”ini 2:1, “Mançester Yunayted” isə Danimarka “Kopenhagen”ini əlavə vaxtda 1:0 hesabı ilə yenib. Nəticədə “İnter” və “Mançester Yunayted” avqustun 17-də digər yarımfinalda bir-birinə rəqib olub.
Avropa Liqası, 1/4 final
11 avqust
 
23:00. “Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya)
23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Bazel” (İsveçrə) (fanat.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin