“Şükür, qəhqəhə səbəbim, heyran qaldığım” – İradə

28

Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı romantik paylaşım edib.

mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ərinin ad günündə onla bağlı bu sözləri yazıb:

“Səni özünlə, mayanla, kökünlə təbrik etmək istədim. Mayasını tanımadan, bilmədən inancına, əxlaqına, vicdanına, mərhəmətinə, sağlam xarakterinə, sevgisinə, dürüstlüyünə heyran qaldığım və  əksini düşünməyə belə ehtiyac duymadığım, həyatdakı ən böyük şükür səbəbim, şansım, həyat ortağım, yol yoldaşım, qəhqəhə aparatım… Dünyaya geldiyin gün mübarək olsun.

Bu həyatda hisslərim və müşahidələrimdə heç vaxt yanılmadım. Sözünə qulaq asdığım ürəyimə heyran olum. O ürəyə hissiyatı verən, qoruyan, yanıltmayan Allahıma da qurban olum. Ceyhun, səni sevdirəni sevirəm. Verdiyin “40 yaşında olmaq nece bir duyğudur?” sualına cavab verməyəə yardımcı olsan sevinərəm”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin