Braziliyanın birinci xanımı koronavirusa yoluxub

27

Braziliya prezidenti Jair Bolsonarunun xanımı Mişel Bolsonaru koronavirusa yoluxub.

mobilmedia.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

“Mişel Bolsonaru cümə axşamı – 30 iyulda koronavirus analizi verdi, hansının ki, nəticəsi müsbət oldu”, – xəbərdə deyilir.

Onun vəziyyəti normal qiymətləndirilir. Qeyd edilir ki, Braziliyanın birinci xanımı sanitar tələblərə riayət edəcək.

“Birinci xanım Prezident Administrasiyasının tibb personalının müşahidəsi altında olacaq”, – mətbuat xidməti qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Braziliya Prezidenti özü də koronavirusa yoluxub.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin