Lerikə istirahətə gedən 10 nəfər cərimələndi

26

Lerikdə sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn 10 şəxs müəyyən edilib.

mobilmedia.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad və Sumqayıt sakini olan şəxslər müəyyən edilib.

Sözügedən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin