Həbibin növbəti döyüş tarixi bəlli oldu

33

Yüngül çəkidə UFC döyüşçüsü Həbib Nurməhəmmədovla müvəqqəti çempionluq kəmərinə sahib Castin Geyci arasındakı döyüş oktyabrın 24-də keçiriləcək.

mobilmedia.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib.

O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Öncədən döyüşün sentyabrın 19-da təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin