Şəhid ailələri üçün bu xidmətlər elektronlaşdırılıb

36

Şəhid ailələrinə müxtəlif müavinətlərin verilməsi, mənzil və avtomobil paylanması mütəmadi olaraq mediada işıqlandırılır. Maraqlıdır, bu gün Azərbaycanda şəhid ailələrinə yönəlmiş hansı xidmətlər elektronlaşdırılıb? Bununla bağlı gələcək hədəflər nədən ibarətdir?

Mövzu ilə bağlı TED.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, hazırda bu tip bir neçə xidmət operativliyin təmin olunması məqsədilə elektronlaşdırılıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid övladlarına aylıq müavinətin, şəhid ailəsi üzvlərinə aylıq müavinətin, şəhid ailəsi üçün Prezidentin təqaüdünün təyinatı elektronlaşdılıb. Bu xidmətlər proaktiv qaydada, yəni vətəndaşların hansısa ünvana getməsi və sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçirilir. Artıq nazirlik tərəfindən 21 sosial təminat növü üzrə təyinatın və 15 növ arayışın elektronlaşdırılması təmin edilib. Sosial təminat sahəsində elektron arayış və proaktiv xidmətlərin əhatə dairəsinin genişləndirilməsi işləri davam etdiriləcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin