
Aktrisa Tamilla Rüstəmova vəfat edib.
mobilmedia.az axsam.az-a istinadən xəbər verir ki, uzun müddətdir səhhətində problem olan 84 yaşlı sənətçi Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, T.Rüstəmova tamaşaçılara “Ulduz”, “Böyük dayaq”, “Axırıncı aşırım” filmindən tanışdır.
Qısa müddət ərzində parıldayan T. Rüstəmova Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən vokalçı Olgerd Krastınşa ərə gedib və Riqaya köçüb. Daha sonra isə Moskvada yaşayıb.




