Qazaxda yol qəzası: xəsarət alanlar var

31

Qazaxda yol nəqliyyat hadisəsi baş verib. 

mobilmedia.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətə olan “VAZ” markalı minik maşını at-arabası ilə toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Mahir Kosayev və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin