ABŞ prezidenti dünya müharibələrini “gözəl” adlandırıb

30

«Amerika Birləşmiş Ştatları (ABŞ) iki «gözəl dünya müharibəsini» udub» – ABŞ prezidenti «Foks Nyus» telekanalına müsahibəsində bu sözlərlə seçilib.

mobilmedia.az xəbər verir ki, bu fikir Konfederasiya hərbi rəislərinin şərəfinə adlandırılmış hərbi bazaların yenidən adlandırılması məsələsini emosional formada şərh edərkən dilə gətirilib.

Tramp ABŞ-ın hərbi qələbələrinə hörmət etməyə və öz qəhrəmanlarını qiymətləndirməyə çağırıb – bu məsələni cəmiyyətdəki irqi problemlərlə əlaqələndirmədən.

««Fort Breqq», «Fort Robert Li» – fortlar bu adları uzun müddət daşıyıb. Hərbçilərin nə dedikləri məni qayğılandırmır. Biz, iki dünya müharibəsini udmuşuq, iki gözəl dünya müharibəsini, qəddar və iyrənc müharibələri, və biz, onları «Fort Breq»dən udmuşuq, biz onları bu fortlardan udmuşuq» – Tramp bildirib. (AzPolitika.info)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin