Nazirlik 290 ev üçün 2 milyard xərcləyir? – Açıqlama

34

Saytlardan birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 290 fərdi evin tikintisi üçün guya 2 milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir.

mobilmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumata görə, sözügedən evlərin tikintisi üçün 19 milyon 884 min 431 manat nəzərdə tutulub:

“Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var. Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən, “19884431,31” rəqəmi “1988443131” kimi göstərilib”.

Nazirlik onu da qeyd edib ki, saytla əlaqə saxlanılaraq, real məbləğ bildirilsə də, sayt yanlış məlumatı əks etdirən başlığı saxlamaqla oxucularına yalan məlumat verməkdə davam edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin