
Doğma Azərbaycanımızın bütövlüyünü qorumuş şəhidlərin adını əbədiləşdirmək üçün fədakar müəllimələr şagirdlərlə birlikdə “flashmob” hazırlanmaqdadır.
mobilmedia.az xəbər verir ki, Mirzəyeva Şəbnəm, Şükürova Natavan, Şəfa Babayeva kimi nümunəvi məktəb müəllimələri “Şeron” Qrupunun “Torpağın səsi” mahnısını səsyazma studiyasında səsləndirərək, videoçarx hazırlayır.
Bu layihənin reallaşdırılmasında valideynlər və onların övladları öz dəstəklərini müəllimələrindən əsirgəmir. Rejissor Röyal Cəbiyevin təşkilatçılığı ilə 40 nəfərə yaxın şagirdin iştirak etdiyi “flashmob” layihəsi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.
Videoçarxda hər şagird bir şəhid adını öz üzərinə götürəcək və müəllimələrin öz şagirdlərinə vətənpərvərlik ruhunu aşılaması əks olunacaq. Videoçarxın ərsəyə gəlməsində rolu olan fədakar müəllimələr hesab edir ki, bu addım şagirdlər üçün bir motivasiya xarakteri daşıyacaq. Hər kəs belə videolar çəkməklə, xalqın vətənpərvərlik əhval-ruhiyyəsində olmasına və eyni zamanda karantin günlərində daxili ruhunu daha da yüksək tutmağa imkan yaradacaq.





