
ABŞ 40 il boyunca Rusiyanın Yaxın Şərqə daxil olmasına mane olmağa çalışıb.
mobilmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi David Şenker deyib.
D.Şenkerin sözlərinə görə, amma ABŞ-ın bu səyləri uğursuz olub.
Dövlət katibinin köməkçisi Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obamanın rəhbərliyi dövrünə də toxunub: “Barak Obama administrasiyasının Rusiya Federasiyasını Suriyada “isti qarşılaması” strateji səhv idi”.
D.Şenker vurğulayıb ki, ABŞ Rusiyanın “Suriya bataqlığı”nda məhv olacağına ümid edib, amma bu qənaət özünü doğrultmayıb.(virtualaz.org)



