
“Instagram” sosial şəbəkəsi internet üzərindən edilən alışları əhəmiyyətli dərəcədə asanlaşdıran yeni funksiya istifadəyə verib.
mobilmedia.az xəbər verir ki, “Instagram Shop” adlanan bu servis sayəsində istifadəçilər son dəb trendləri barədə xəbərdar olacaqlar, hər hansı məhsulun seçiminə dair individual tövsiyələr alacaqlar və bəyəndikləri malları əldə edə biləcəklər.
Qeyd edilir ki, hazırda servis ancaq ABŞ ərazisində işləyir. Lakin yaxın vaxtlarda digər dövlətlərin istifadəçiləri də ondan yararlana biləcəklər.




